Avqustun 27-də Ukrayna cəbhəsində 139 döyüş əməliyyatı qeydə alınıb, üç istiqamətdə xüsusilə intensiv toqquşmalar yaşanıb.
Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.
Belə ki, Rusiya ordusu 84 hava hücumu həyata keçirib, 154 idarə olunan bomba atıb və 5770 kamikadze PUA-dan istifadə edib.
Ukrayna Müdafiə Qüvvələri isə bir komanda məntəqəsinə, dörd artilleriya qurğusuna və bir sursat anbarına zərbə endirib.
Bildirilib ki, ən şiddətli döyüşlər Pokrovsk, Novopavlivka və Lyman sektorlarında gedib, burada onlarla hücum dəf edilib.
Rusiya tərəfinin ümumi itkiləri 24 fevral 2022-dən bu günədək 1 milyon 79 min nəfəri ötüb.
Əli Hüseynov