Ukrayna Silahlı Qüvvələrinin 155-ci mexanikləşdirilmiş briqadasının müvəqqəti dislokasiya məntəqəsi FAB-250 aviabombası ilə vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, obyekt Rusiya Silahlı Qüvvələrinin kəşfiyyat fəaliyyəti nəticəsində aşkar edilib. Zərbəni Rusiya Aerokosmik Qüvvələri həyata keçirib.
Nazirlik obyektiv nəzarət vasitələrinin məntəqənin uğurla məhv edilməsini təsdiqlədiyini vurğulayıb. Hadisə Krasnoarmeyskdə sənaye zonasında baş verib.
Əli Hüseynov