• Bakı 29° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Ukrayna ordusu Kondratovkanı AZAD ETDİ
DÜNYA
28 Iyul 2025 | 23:12

Ukrayna ordusu Kondratovkanı AZAD ETDİ

Sum vilayətinin Kondratovka yaşayış məntəqəsinin azad edilməsi Ukrayna qoşunlarının genişmiqyaslı əks-hücumunun başlanğıcı deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko deyib.

Romanenko xatırladıb ki, Kondratovka artıq Rusiyanın yeni hücumu başlayandan sonra Sumda işğalçılardan azad edilən ikinci yaşayış məntəqəsidir. Ukrayna qoşunları orada möhkəmlənməyə çalışır.

“Düşmən Yablonovkanı tutdu və Yunakovka uğrunda döyüşlər davam edir. Yunakovka çox vacibdir, çünki o, Sum istiqamətində taktiki üstünlüyü təmin edir”, - Romanenko qeyd edib.


SON XƏBƏRLƏR

28 Iyul 2025