• Bakı 12° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Cənubi Koreya vətəndaşlarına pulsuz kompüterlər paylayacaq
DÜNYA
10 Aprel 2026 | 14:26

Cənubi Koreya vətəndaşlarına pulsuz kompüterlər paylayacaq

Cənubi Koreya aşağı gəlirli tələbələrə pulsuz kompüter verəcək.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Cənubi Koreya hakimiyyəti kompüter və noutbukların qiymətlərinin artması fonunda vətəndaşları dəstəkləmək üçün tədbirlər hazırlayır. 

Əsas addımlardan biri aztəminatlı tələbələrə yardımın genişləndirilməsi olacaq ki,  hökumət onları pulsuz noutbuk və kompüterlərlə təmin etmək niyyətindədir.

Bu qərarın səbəbi kompüter avadanlıqlarının qiymətinin kəskin artması olub. Belə ki, ölkədə kompüterlərin istehlak qiymətləri indeksi 2025-ci ilin oktyabr ayında 4,3%-dən 2026-cı ilin mart ayında 12,4%-ə yüksəlib ki, bu da həssas qruplar arasında rəqəmsal uçurumu daha da artıra bilər.

Hökumət həmçinin RAM, kompüter və noutbuk bazarlarına nəzarəti gücləndirməyi və eyni zamanda aparatların təkrar emalı proqramını genişləndirməyi planlaşdırır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR