"Barselona"nın idman direktoru Deko "Atletik"in futbolçusu Niko Uilyamsdan danışıb.
Bakıvaxtı.az xəbər verir ki, o, "La Vanguardia"ya verdiyi müsahibədə 22 yaşlı vingerlə danışıqlar apardıqlarını təsdiqləyib:
"Niko Uilyams gəlmək istəyir və biz "Atletik"lə danışıqları yekunlaşdırmağa çalışırıq. Niko digər futbolçular kimi, "Barselona"ya gəlmək üçün böyük istək göstərir. Əgər onun işində lazımlı şərtlər olsa, biz onunla müqavilə imzalamağa çalışacağıq".
Qeyd edək ki, Niko Uilyams başa çatan mövsümdə "Atletik"in heyətində 45 oyuna çıxaraq 11 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.