Dəməşqin Duveyla bölgəsində kilsəyə hücum edən terrorçu İslam Dövləti (İD) terror qruplaşmasının üzvü olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik terrorçunun Duveyla bölgəsindəki Müqəddəs İlyas kilsəsinə soxularaq atəş açdığını, daha sonra isə bombanı işə saldığını vurğulayıb.
Qeyd edək ki, terror aktı nəticəsində 15 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb.