• Bakı 21° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Əgər Hörmüz boğazı bağlansa... – Türkiyə tədbir görür
DÜNYA
22 Iyun 2025 | 21:26

Əgər Hörmüz boğazı bağlansa... – Türkiyə tədbir görür

Türkiyə Hörmüz boğazının bağlanması ehtimalına qarşı Orta Dəhliz və İnkişaf Yolu kimi logistik layihələrin həyata keçirilməsi üzərində çalışmaqla tədbirlər görür.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə nəqliyyat naziri Əbdülqadir Uraloğlu deyib.

“Hörmüz boğazının bağlanacağı təqdirdə quru və dəniz yollarımız olmalıdır. Ona görə də biz Orta Dəhliz və İnkişaf Yolu layihələrini həyata keçirmək üçün lazım olan hər şeyi edirik. İnkişaf Yolunun 2,1 min km-i bizim ərazimizdən keçir və biz ona 24 milyard dollara yaxın sərmayə qoyacağıq. Orta Dəhlizi gücləndirməyə çalışırıq, ərazimizdən keçən 2,2 min km-lik hissəsinin tikintisini başa çatdırmışıq”, - nazir bildirib.

Uraloğlunun sözlərinə görə, İnkişaf Yolunun tikintisi başa çatdıqdan sonra Avropaya çatdırılma müddəti 25 günə, Orta Dəhliz vasitəsilə isə 13 günə enəcək.

Qeyd edək ki, bu gün ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra İran parlamenti Hörmüz boğazının bağlanması təşəbbüsünü dəstəkləyib./axar.az


SON XƏBƏRLƏR

22 Iyun 2025