• Bakı 28° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Hindistanda məbəddə izdiham: ölənlər var
DÜNYA
27 Iyul 2025 | 15:38

Hindistanda məbəddə izdiham: ölənlər var

Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Minlərlə zəvvar dar pilləkənlə təpənin başında yerləşən Mansa Devi məbədinə doğru gedib. İlkin məlumatlara görə, elektrik kabelinin düşməsi ilə zəvvarlar arasında çaxnaşma başlayıb.

İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar və izdiham başlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2025