• Bakı 23° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Makron: Rusiya atəşkəsə razılaşmalıdır
DÜNYA
27 Iyul 2025 | 19:10

Makron: Rusiya atəşkəsə razılaşmalıdır

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 27-də fransalı həmkarı Emmanuel Makronla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.

Zelenski deyib ki, onlar iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.

"Biz avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik. Avropadan nümayəndələr iştirak etməlidir", - o bildirib.

Bundan əlavə, Zelenski və Makron Fransadan Ukraynaya hərbi yardım, xüsusilə SAMP/T və Crotale zenit-raket sistemləri üçün əlavə raketlərin tədarükü, həmçinin Ukraynada pilotsuz təyyarələrinin istehsalının maliyyələşdirilməsini müzakirə ediblər.

Makron isə X sosial şəbəkəsində yazıb ki, Fransa Ukraynaya dəstəyini bir daha təsdiləyib: "Biz Ukraynaya yardımı artırmağa və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik. Rusiya avropalıların iştirakı ilə davamlı sülhə dair danışıqlara yol açacaq atəşkəsə razılaşmalıdır".

Prezidentlər Ukraynanın Avropaya inteqrasiya yoluna da toxunublar.


SON XƏBƏRLƏR

26 Iyul 2025