• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paytaxtın köçürülməsi ilə bağlı Pezeşkiandan daha bir AÇIQLAMA

DÜNYA

27 Iyul 2025 | 21:33 | Müəllif: Subhan Mahmudov

Paytaxtın köçürülməsi ilə bağlı Pezeşkiandan daha bir AÇIQLAMA

"Paytaxtın cənub bölgəsinə köçürülməsi təhlükəsizlik riski yaratmır".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib. Paytaxtın köçürülməsinin zəruriliyini şərh edən İran prezidenti ölkənin cənub bölgələrinin Tehran kimi şəhərlərin təhlükəsizliyini təmin edə biləcəyi məsələsinə münasibət bildirib.

“Bu gün dünyada təhlükəsizliyin tərifi və təmin edilməsi keçmişdən fərqlidir, bunu son müharibədə də gördük", - deyə pezeşkian bildirib. 

Xatırladaq ki, İran Prezidenti bir neçə gün əvvəl paytaxtın cənuba köçürülməsini təklif edib. Pezeşkian bunu iqtisadi məqsədəuyğunluqla əlaqələndirib. Prezidentin sözlərinə görə, ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi zərurəti yaranıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026