• Bakı 25° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir
DÜNYA
27 Iyul 2025 | 21:25

Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir

Rusiya ilə Şimali Koreya arasında dəniz əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir.

Bakıvaxtı.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.

“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, - o deyib.

Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.


SON XƏBƏRLƏR

27 Iyul 2025
26 Iyul 2025