• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Maşınınızda bu cihaz olmasa, CƏRİMƏLƏNƏCƏKSİNİZ
CƏMİYYƏT
03 Aprel 2026 | 17:25

Maşınınızda bu cihaz olmasa, CƏRİMƏLƏNƏCƏKSİNİZ

Beynəlxalq yük və sərnişin daşımaları ilə məşğul olan, yeni nəsil nəzarət sistemlərinə keçid etməyən sürücüləri ağır cərimələr və fəaliyyət qadağası gözləyir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 2026-cı ilin aprel ayından etibarən Avropa yollarında hərəkət edən nəqliyyat vasitələri üçün yeni texniki tələblər tətbiq olunmağa başlayır. Avropa Birliyinin (AB) qəbul etdiyi son qərara əsasən, beynəlxalq daşımalarda istifadə olunan bütün nəqliyyat vasitələri "Smart Tachograph Version 2" cihazı ilə təchiz olunmalıdır.

Qaydalara əməl etməyən sürücülər və daşıma şirkətləri üçün ölkələrə görə dəyişən, lakin minimum 150-300 Avro (təxminən 270-550 AZN) civarında cərimələr müəyyən edilib. Cihazın ümumiyyətlə olmaması və ya manipulyasiya edilməsi halında isə cərimə məbləği 2000 Avroya qədər yüksələ bilər.

Zeynəb Rzayeva

 


SON XƏBƏRLƏR