• Bakı 14° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Messi klubunu dəyişir?
İDMAN
30 Oktyabr 2026 | 21:18

Messi klubunu dəyişir?

Argentinalı ulduz futbolçu Lionel Messinin yanvarda “İnter Mayami”dən ayrılaraq ölkəsinin “Nyuells Old Boyz” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano bu iddiaları təkzib edib.

Onun sözlərinə görə, hazırda Messinin ABŞ klubundan ayrılacağını düşünmək üçün heç bir əsas yoxdur. 39 yaşlı hücumçunun 2028-ci ilə qədər qüvvədə olan müqaviləsini başa çatdırmaq niyyətində olduğu bildirilir.

Romano qeyd edib ki, Messi “İnter Mayami”dəki mövqeyindən tam razıdır, ailəsi də Mayamidə özünü rahat hiss edir.

Qeyd edək ki, Messi cari mövsümdə “İnter Mayami”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026