• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Paşinyana görə cəzalandırıldılar
DÜNYA
03 Aprel 2026 | 22:36

Paşinyana görə cəzalandırıldılar

Ermənistanın baş naziri Nikol Paşinyan və 18 yaşlı David Minasyanla bağlı kilsədə baş vermiş insidentlə əlaqədar Kentron və Nork-Maraş rayonlarının istintaq idarəsinin rəisi David Kirakosyan işdən çıxarılıb.

Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, Kirakosyan İrəvanın keçmiş polis rəisi Nerses Nazaryanın qardaşı oğludur.

Bildirilir ki, müstəntiqin oğlu, boks üzrə dünya çempionu İsrael Akopyan və onun rəhbəri də işdən çıxarılıb. Sonuncu Minasyan və Paşinyanla bağlı insidenti araşdırırmış.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvanda keçirilən dini mərasimdən sonra kilsəni tərk edərkən bir nəfər ona yaxınlaşaraq zərbə endirməyə çalışmışdı.


SON XƏBƏRLƏR

03 Aprel 2026