• Bakı 28° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Peskovla Dyuminin təyyarəsi dron hücumuna görə havaya qalxa bilmədi - VİDEO
DÜNYA
27 Iyul 2025 | 16:24

Peskovla Dyuminin təyyarəsi dron hücumuna görə havaya qalxa bilmədi - VİDEO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya liderinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib. 

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz təyyarələri olub.

Belə ki, Leninqrad vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb və bu səbəbdən “Xalça” planı tətbiq olunub. Nəticədə onlar təyyarədə bir neçə saat gözləyiblər.

Peskov və Dyumin Rusiya Prezidenti Vladimir Putinlə birgə hərbi dəniz təlimləri üçün Sankt-Peterburqa getməli idi.

 


SON XƏBƏRLƏR

26 Iyul 2025