• Bakı 29° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qarabağ - Şelburn matçına satılan biletlərin sayı açıqlandı
İDMAN
26 Iyul 2025 | 19:32

"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqaasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb

Ağdam klubunun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda 11 min bilet öz sahibini tapıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri, "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2025