• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qubada məzuniyyətə gələn əsgəri maşın VURDU - YENİLƏNİB
HADİSƏ
27 Iyul 2025 | 00:05

Qubada məzuniyyətə gələn əsgəri maşın VURDU - YENİLƏNİB

26.07.2025-ci il tarixində saat 19:30 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.

Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

 

22:36

Qubada məzuniyyətə gələn əsgəri maşın vurub.

Bakıvaxtı.az-ın "Unikal"a məlumatına görə, Quba rayonunun Rustov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, hərbi xidmətdən  məzuniyyətə gələn əsgər 18 yaşlı Pərvin Pərviz oğlunu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR

26 Iyul 2025