İsrail beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Hanzala” gəmisinə basqın edərək onu ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, iyulun 13-də İtaliyanın Sirakuza limanından yola düşən “Hanzala” bəzi texniki ehtiyacları qarşılamaq üçün iyulun 15-dən iyulun 20-dək Gelibolu limanında son hazırlıqlarını tamamlayıb.
Qəzzaya yardım aparmaq üçün yola çıxan gəmidə 21 fəalın olduğu bildirilib.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrail donanmasının “Hanzala” gəmisini ələ keçirdiyi bildirilib.
Açıqlamada gəminin İsrail sularına qanunsuz daxil olmasının qarşısı alındığı qeyd olunub./apa