İran parlamentində millət vəkillərinin mobil telefondan istifadə etməsi qadağan olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin Rəyasət Heyəti qərar qəbul edib.
Yeni qərarı İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf açıqlayıb.
Qalibaf bildirib ki, bu addım təhlükəsizlik narahatlıqları ilə əlaqədardır./axar.az