Bakı şəhərinin Nəsimi rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.