• Bakı 21° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Qubada ağır qəza: iki bacı öldü - YENİLƏNİB + VİDEO
HADİSƏ
22 Iyun 2025 | 23:43

Qubada ağır qəza: iki bacı öldü - YENİLƏNİB + VİDEO

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***22:54

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

FHN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Opel" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qeyd edək ki, "Opel" markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

***21:15

Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.

Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır./report


SON XƏBƏRLƏR

22 Iyun 2025