• Bakı 22° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib
DÜNYA
04 Iyul 2025 | 15:37

Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib

İsraillə 12 günlük müharibədən sonra Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanı ilk dəfə xarici reysi qəbul edib.

Bakıvaxtı.az “fararu”a istinadən xəbər verir ki, məlumatı İranın Mülki Aviasiya Təşkilatının ictimaiyyətlə əlaqələr departamenti yayıb.

Bildirilib ki, müharibə zamanı və bir müddət sonra təhlükəsizlik səbəbindən İranın hava məkanı bağlı idi. Ona görə də beynəlxalq uçuşlarda 20 günlük fasilə yaranmışdı.

Məlumata görə, iyulun 4-də Birləşmiş Ərəb Əmirliklərindən Tehrana ilk uçuş edilib.

Təyyarə “Flydubai Airlines” şirkətinə məxsusdur.

Qeyd edilib ki, İmam Xomeyni hava limanında reyslərin vəziyyəti normal rejimə qayıdır.


SON XƏBƏRLƏR