• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Tovuzdakı ailə uşaqlarını niyə istəmir? - SƏBƏB - YENİLƏNİB
CƏMİYYƏT
09 Aprel 2026 | 16:22

Tovuzdakı ailə uşaqlarını niyə istəmir? - SƏBƏB - YENİLƏNİB

Tovuzda  ailə övladlarına baxmağa gücü çatmadığı üçün onları uşaq evinə yerləşdirilməsini istəyir.

Bakıvaxtı.az-ın  Unikal-a istinadən məlumatına görə, rayon sakini icra hakimiyyətinə müraicət edərək 3 azyaşlı övladlarını baxmağa imkanı olmadığını bildirib. Uşaqlar icra hakimiyyətinin nümayəndələri tərəfindən müayinə olunmaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Rayon icra hakimiyyətindən qeyd edilib, hazırda azyaşlılar xəstəxanada həkimlərin nəzarətindədir. Növbəti mərhələdə uşaqların uşaq evinə yerləşdirilməsini nəzərdə tutulur. İlkin məlumata görə, uşaqların anasının psixoloji problemləri var, bu səbəbdən ana uşaqlara baxa bilmir. Araşdırma zamanı məlum olub ki, uşaqların atası Tovuz şəhər sakini 1985-ci il təvəllüdlü Səbuhi Əsgərov içki aludəçisidir. Uşaqların anası 1987-ci il təvəllüdlü Təranə Əlsgərovanın psixoloji problemləri var. Bu səbəbdən də 3 azyaşlı 2018-ci il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü Y.Əsgərov və 2024-cü il təvəllüdlü İ.Əsgərovdur.

Məlumata görə, azyaşlıların anası uşaqları baxımsız vəziyyətdə saxlayırmış. Bununla bağlı qonşular da bir neçə dəfə aidiyyatı qurumlara müraicət edib. Hazırda uşaqların və anasının vəziyyəti normaldır.

***

15:44

Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı mövcud vəziyyət qiymətləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaqlar müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər:

"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.

***

15:03

Tovuz rayonunda valideynlər üç övladından imtina edib.

Bakıvaxtı.az-ın məlumatına görə, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.

Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.


SON XƏBƏRLƏR