• Bakı 12° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Yollarda qəzalar artır: Problemin kökü infrastrukturdadır?
CƏMİYYƏT
03 Aprel 2026 | 16:26

Yollarda qəzalar artır: Problemin kökü infrastrukturdadır?

Heç kimə sirr deyil ki, ölkənin yol-nəqliyyat infrastrukturunda ciddi problemlər mövcuddur. Belə ki, son zamanlar qəzaların sayı durmadan artır və bunun əsas səbəblərindən biri kimi məhz yol-nəqliyyat infrastrukturundakı nöqsanlar görünür. 

Bəs, görəsən, tikinti-təmir üçün və yol-nəqliyyat infrastrukturundakı nöqsanların aradan qaldırılması üçün hansı alternativ  addımlar atıla bilər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin əsas parametrlərindən biri qəzaların əsas səbəblərinin araşdırılmasıdır. Bu istiqamətdə yol-nəqliyyat infrastrukturunun təmir və tikintisinin standartlara uyğun olması vacibdir:

"Yol-nəqliyyat infrastrukturu ən böyük və bahalı proyektlərdən biridir. Bu proyekt çərçivəsində yaranan nöqsanların aradan qaldırılması üçün atılacaq addımlar mütləqdir. Bu addımlardan biri infrastrukturun başlıca predmenti olan torpaq yatağının düzgün seçilməsi və həmin ərazidən keçəcək nəqliyyat vasitələrinin üstünlüyünün təmin olunmasıdır. Çünki səmərəli yol-nəqliyyat infrastrukturu həm də inkişafın strateji amilidir". 


 Aslan Əsədov: Sürücülər yalnız bir yoldan asılı vəziyyətdə qalmamalı, ərazi üzrə alternativ yollar salınmalıdır 

Ekspert onu da qeyd edib ki, nəqliyyat vasitələrinin hərəkətinin mövcud relyefə uyğun təşkil olunmaması da yol qəzalarının artmasına səbəb olur. Ona görə də sürücülər yalnız bir yoldan asılı vəziyyətdə qalmamalı və ərazi üzrə alternativ yolları salınmalıdır.

"Bundan başqa, ağır tonnajlı yük avtomobillərinin hərəkəti və ya icazə verilən sürət həddinin aşılması kimi hallar nəzarətdə saxlanmalıdır. Bu hallar adətən körpülərdə və tunellərdə daha çox müşahidə olunur. Bu amillər bir-biri ilə zəncirvari bağlıdır və yol infrastrukturunda nöqsanların yaranmasına səbəb olan əsas faktorlar sırasına daxildir", - deyə Aslan Əsədov bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR