• Bakı 30° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Mask tviteri alan kimi ilk bunu etdi

DÜNYA

28 Oktyabr 2022 | 10:23

Mask tviteri alan kimi ilk bunu etdi

 “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask tviter sosial şəbəkəsini aldığını açıqlayıb.

Bakıvaxtı.az  xarici mediaya istinadən xəbər verir ki, İlon Mask tviterin sahibi olmasının ardınca şirkətdə çalışan 5 yüksəkvəzifəli direktoru istefaya göndərib. 

Məlumata görə, sözügedən şəxslər sırasında şirkətin baş direktoru Paraq Aqravala və maliyyə direktoru Ned Siqal da var. 

Bildirilir ki, Maskın tviteri almasına dair müqavilə imzalanarkən həmin şəxslər şirkətin baş qərargahında olub və mühafizə onları binadan uzaqlaşdırıb. 

Bununla yanaşı, amerikalı milyarder sosial şəbəkəni almasına dair 44 milyard dollarlıq müqaviləni imzaladıqdan sonra öz rəsmi tviter hesabında “Quş azaddır” deyə paylaşım edib.


SON XƏBƏRLƏR

08 Avqust 2025