• Bakı 28° C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Tramp 907-ci düzəlişin dondurulduğunu açıqlayıb

SİYASƏT

09 Avqust 2025 | 00:25

Tramp 907-ci düzəlişin dondurulduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”nın 907-ci düzəlişinin icrasını dayandıracağını açıqlayıb.

Bakıvaxtı.az xatırladır ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunaraq ABŞ-nin Azərbaycana dövlət yardımı göstərməsini qadağan etmişdi.

Qadağa həmin dövrdə Azərbaycanın Ermənistana guya “blokada” tətbiq etməsi ilə əsaslandırılmışdı.

Trampın qərarı iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Avqust 2025