• Bakı 24° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

KİV: Ağ Ev hər iki tərəflə sazişlər imzalayacaq

SİYASƏT

08 Avqust 2025 | 21:10

KİV: Ağ Ev hər iki tərəflə sazişlər imzalayacaq

"Ağ Evin bildirdiyinə görə Azərbaycan və Ermənistan onilliklərdir davam edən münaqişədən sonra iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməyə yönəlmiş ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş ilkin sülh sazişini bu gün ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş zamanı imzalayacaqlar".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat verib.

Nəşrdən bildirilib ki, Ağ Evin sözçüsü Anna Kelli jurnalistlərə Trampın həm Ermənistan, həm də Azərbaycanla enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrini əhatə edən ayrı-ayrı sazişlər imzalayacağını qeyd edib.

Əlavə məlumat verilməyib.

Əli Hüseynov


SON XƏBƏRLƏR