• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

200 yad adamın dəfnində iştirak edib

DÜNYA

16 Oktyabr 2022 | 10:10 | Müəllif: Subhan Mahmudov

200 yad adamın dəfnində iştirak edib

Böyük Britaniyanın London şəhərindən olan bir qadın 10 il əvvəl təsadüfən kilsəyə girəndən sonra 200 yad adamın dəfn mərasimində iştirak edib.

Bakıvaxtı.az bildirir ki, onun hekayəsini "Daily Mail" nəşr edib.

56 yaşlı Jin Trend-Hillin qəbiristanlıqlar və dəfn mərasimləri ilə tanışlığı valideynlərinin ölümü ilə başlayıb. Trend-Hillin dediyinə görə, o, saatlarla qəbirlər arasında dolaşa, fotoşəkil çəkə və ən gözəl baş daşlarının eskizini çəkə bilərdi. 2012-ci ildə britaniyalı qadın dəfn mərasimi zamanı kilsəyə daxil olub və oradan çıxmaq onun üçün əlverişsiz olduğu üçün mərasimin sonuna qədər orada qalıb.

"Bu, tamamilə yad adam idi, amma mənə təsir etdi. Az sonra qəbiristanlıq işçisi mənimlə əlaqə saxladı və ona hörmət göstərəcək başqa kimsəsi olmayan veteranın dəfnində iştirak edib-etməyəcəyimi soruşdu. Razılaşdım və getdim", - deyə qadın xatırlayıb.

Son 10 ildə britaniyalı ən azı iki yüz başqa insanın dəfn mərasimində iştirak edib. O, təkcə Böyük Britaniyada deyil, Fransa və İtaliyada da qəbiristanlıqları ziyarət edib. Trend-Hill etiraf edib ki, yeni yerə gələndə ilk axtardığı şey krematoriyadır.

Yerli sakinlər qadının qeyri-adi hobbisini bilir və onu ailəsi və dostları olmayan insanların dəfn mərasiminə dəvət edirlər.(milli.az)

"Heç kim heç vaxt tək başına yandırılmamalı və dəfn edilməməlidir. Məndən soruşsalar və gedə bilsəm, gedəcəm", - qadın deyib.

Trend-Hill nəinki ölüləri son səfərdə müşayiət edir, həm də qəbiristanlıqları təmizləyir. Bir dəfə o, hətta 1934-cü ildə vəfat edən britaniyalı memar Artur Beresford Paytın xatirə lövhəsini bərpa edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR