• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

27 sentyabr xalqımızın bir yumruq kimi birləşdiyi mühüm gündür

SİYASƏT

27 Sentyabr 2024 | 16:17

27 sentyabr xalqımızın bir yumruq kimi birləşdiyi mühüm gündür

Sentyabrın 27-si ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin Anım Günüdür.

“Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq əks hücuma keçib və 30 ildən artıq işğalda qalan ərazilərimizi işğaldan azad edib, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub”.

Bunu Bakıvaxtı.az-a 27 Sentyabr Anım Günüylə bağlı danışan deputat Arzu Nağıyev deyib.

Arzu Nağıyev, deputat

Onun sözlərinə görə, 27 sentyabrda biz dünyaya göstərdik ki, torpaqlarımızı öz gücümüzə azad edə bilərik:

“Elə bir döyüş taktikası seçdik ki, bu heç bir, mülki vətəndaşa toxunmayan döyüş taktikası idi və buna da nail olduq. Dünyaya göstərdik ki, biz 50 ordudan biriyik. Bu, çox mühüm bir məsələ idi”.

A.Nağıyev qeyd edib ki, BMT-nin icra olunmayan 4 qətnaməsi qalmışdı ki, biz bunu öz hərbi gücümüzə həll etdik və ATƏT-in Minsk Qrupu kimi deklarativ bəyanatlardan başqa heç nə bacarmayan bir quruma göstərdik ki, sülhü bərqərar etmək üçün əsas Ali Baş Komandanın qətiyyəti, şəhadəti şərəf sayan Azərbaycan anası və rəşadətli ordumuzun birgə olmasıdır:

“Buna da nail olduq. Azərbaycan xalqı, Azərbaycan Ordusu düşmənə layiqli yerini göstərdi. Artıq antiterror əməliyyatlarından da sonra Xankəndidə və birmənalı şəkildə bütün sərhədimiz boyu Azərbaycan bayraqları ucaldı”.

“Düşünürəm ki, 27 sentyabr Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi mühüm bir gündür. Heç kim bizimlə diktə dili ilə danışa bilməz”, - deyə Arzu Nağıyev vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR