Kazan şəhərində keçirilmiş XVI BRİCS Sammitində Prezident İlham Əliyevin çıxışının anonsları.
2006-cı ildə yaradılan və 9 ölkənin təmsil olunduğu bu beynəlxalaq əməkdaşlıq təşkilatı getdikcə genişlənməkdədir. Kazan Sammitinə BMT-nin Baş Katibi də daxil 36 ölkədən və 6 beynəlxalq təşkilatdan, o cümlədən 22 dövlət başçısı qatılmışdır. 2009-cu ildən hər il mütəmadi olaraq toplaşan çoxtərəfli siyasi gündəmi əlaqələndirən, vahid geosiyası bloka çevrilməklə qlobal idarəetmənin təkmilləşməsinə, daha ədalətli beynəlxalqmünasibətlərə də ciddi töhvələr verməkdədir. Dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatının isə dörddə birini əhatə edən nəhəng iqtisadi güc mərkəzi olaraq BRİCS beynəlxalq münasibətlər sistemində demokratikləşməyə də ciddi töhvələr verir.
Kazan Sammitində iştirak edən dövlət başçımızın bu tipli sammitlərdə fəal diplomatik danışıqlara üstünlük verməsi, ölkəmizin beynəlxalq nüfuzuna ciddi töhvələr verir. Unutmayaq ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox tərəflilik prinsipinin fəal tərəfdaşıdır. Bu 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayış etdirilib. Məhz Azərbaycanın dörd illik sədrlik dövründə bu hərəkat özünün inkişafında daha böyük addımlar atıb, dünya düzənində öz mövqeyni xeyli möhkəmləndirib.
Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin hazırkı sədri qismində kömək edir. Bütün bununlarla bərabər ölkəmizin gücünə güc qatan logistika mərkəzi olaraq bu sahədə ən müasir infrastruktur yaratmaqla Avrasiyanın aparıcı nəqliyyat ölkəsinə çevrilməsi də beynəlxalq qurumlarda Azərbaycanın əlini gücləndirməkdədir. İndi “Şərq-Qərb” və “Cənub-Şimal” nəqliyyat dəhlizinin bütün seqmentləri ölkəmizdə uğurla inteqrasiya olunmaqdadır.
Gələn ay Bakı çox möhtəşəm beynəlxalq iqlim konfransının-COP29-un qərargah mənzili olacaq ki, bu da arasında iqlim üzrə əməkdaşlığa, eləcə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və etimad məsələlərində qarşılıqlı anlaşmalara ciddi töhvələr verəcəkdir.
Kazan Sammitinin mühüm amillərindən biri də Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşün keçirilməsi olub. Görüşdə tərəflər iki tərəfli sülh gündəliyini irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını , qarşılıqlı maraq doğuran bir çox məsələlərini müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində ışlərin mümkün tez zamanda yekunlaşdırılmsası və imzalanması üçün ikitərəfli danışılqları davam etdirmək barədə təlimat verilib.
Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasınınüzvü,İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
















