"Müharibədən sonra büdcə gəlirləri 10 milyard, xərcləri 14 milyard artıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, neft hasilatının və neft gəlirlərinin azalması nəzərə alınaraq əlavə mənbələr tapmaq lazımdır.
Ə.Məsimliyə görə, problemlərdən biri də monopolistlərdir ki, onlar öz imkanlarından istifadə edərək, rəqiblərini sıradan çıxarır və nəticədə bir çox insan pul qazana bilmir.
"Buna görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gətirilir".
Mina Mikayılova