• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

50 il zəmanətlə keramika məhsulları! - VİDEO

CƏMİYYƏT

17 Iyun 2022 | 12:21

50 il zəmanətlə keramika məhsulları! - VİDEO

Bakıda keçirilən “Partners and Business” yerli şirkətlərin tanıtım sərgi-konfransında “Sultan Ceramik”in də məhsulları yer alıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkət əsasən dam örtüyü, kərpic, üzlük daşları, keramik pilləkən, və daban daşı istehsalı ilə məşğuldur.

“Sultan Ceramic” və “Klass” MMC-nin təsisçisi Sultanhəmid Hacıyevin sözlərinə görə, xüsusi layihə əsasında hazırlanan sobalar vasitəsilə keyfiyyətli və xarici təsirlərə dayanıqlı məhsul istehsalına nail olunub. O bildirib ki, istehsalda plastik gildən istifadə olunur.

“Sultan Ceramik” Azərbaycanda bu üsulla məhsul istehsal edən ilk şirkətdir.

Rütubətə və zərbəyə davamlı, rəngi solmayan, gözəl görünüşə malik keramika məhsullarının qiyməti də sərfəlidir. Belə ki, keramitin qiyməti 10-14 AZN arası, üzlük daşlarının qiyməti isə 8-10 AZN arası dəyişir.

Məhsullara tam 50 il rəsmi zəmanət verilir!

Qeyd edək ki, “Sultan Ceramik” 2006-cı ildə Azərbaycanda əsası qoyulmuş keramika şirkətidir.

Şirkət yarandığı gündən etibarən keyfiyyətli məhsul istehsalını əsas prioritet seçib.

“Sultan Ceramic” fəaliyyətində ətraf mühitin qorunmasına xüsusi əhəmiyyət verir. Fəaliyyətinin əsasını ətraf mühit, sosial sahə və korporativ idarəetməyə əsaslanan sistem (ESG) təşkil edir. Bütün məhsulları satışa çıxarılmadan əvvəl test olunur.

Şirkət Avropa və Asiya patentlərinə sahibdir.

Əlaqə nömrəsi: +994507002222

İnstaqram hesabı: @sultan_keramik

Veb-sayt: http://www.sultanceramic.com/

Məlumat üçün bildirək ki, “Sultan Ceramic”in də iştirak etdiyi sərgi iyunun 18-dək davam edəcək. “Baku Crystall Hall”da keçirilən sərgiyə giriş ödənişsizdir.


50 il zəmanətlə keramika məhsulları! - VİDEO50 il zəmanətlə keramika məhsulları! - VİDEO50 il zəmanətlə keramika məhsulları! - VİDEO50 il zəmanətlə keramika məhsulları! - VİDEO50 il zəmanətlə keramika məhsulları! - VİDEO50 il zəmanətlə keramika məhsulları! - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026