• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ-da daşqın nəticəsində 35 nəfər itkin düşüb

DÜNYA

19 Avqust 2021 | 16:21

ABŞ-da daşqın nəticəsində 35 nəfər itkin düşüb

“Fred” tropik qasırğasının səbəb olduğu daşqın nəticəsində Şimali Karolinanın Heyvur dairəsində azı 35 nəfər itkin düşüb.

Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, indiyədək təbii fəlakət bölgəsində qalmış 54 nəfər xilas edilib. Xilasedicilər itkin düşmüş şəxslərin axtarışını davam etdirirlər.

ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi “Fred” tropik qasırğasının hazırda 28 km/s sürətlə şimal-şərq istiqamətində hərəkət etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026