• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Pekindən havaya qalxan təyyarədə yanğın baş verdi

DÜNYA

18 Sentyabr 2021 | 10:55

Pekindən havaya qalxan təyyarədə yanğın baş verdi

Pekin Beynəlxalq Hava Limanından qalxaraq Parisə uçuş həyata keçirən “Air France”a məxsus sərnişin təyyarəsi texniki nasazlıq üzündən hava limanına qayıtmaq məcburiyyətində qalıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin açıqlamasına görə, “Boeing 777” tipli təyyarə havaya qalxandan 14 dəqiqə sonra geri qaytarılaraq saat 04.03-də yerə enib.

“Beijing Ribao” xəbər verir ki, Pekindən Parisə uçuş həyata keçirən təyyarə yanğın səbəbi ilə hava limanına qaytarılıb və hadisə nəticəsində zərərçəkən olmayıb.

Şahidlərin sözlərinə görə, havaya qalxanda taqqıltı səsi, sonra da yanıq iyi gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026