• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“ABŞ-də kim seçilirsə seçilsin..." - Putin

DÜNYA

12 Sentyabr 2023 | 12:31

“ABŞ-də kim seçilirsə seçilsin..." - Putin

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra ABŞ-də hər hansı dəyişikliyə ümid etmədiyini bildirib. 

Bakıvaxtı.az “Ria Novosti”yə istinadən xəbər verir ki, V.Putin bu barədə Şərq İqtisadi Forumunda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ-də prezident seçkilərində kimin qalib gəlməyindən asılı olmayaraq, Rusiya üçün heç nə dəyişməyəcək: “ABŞ rəhbərliyi ölkə ictimaiyyətini Rusiyaya qarşı həddindən artıq mənfi yöndə istiqamətləndirib. Buna görə də, Vaşinqtonun xarici siyasətində Rusiya ilə bağlı prinsipial dəyişikliklər olmayacaq”. 

Putin, eyni zamanda Donald Trampın Prezident seçiləcəyi halda da ABŞ-nin Rusiyaya qarşı siyasətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyini gözləmədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026