• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ təşkilatı İlham Əliyevin reytinqini açıqladı

SİYASƏT

02 Fevral 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

ABŞ təşkilatı İlham Əliyevin reytinqini açıqladı

“Prezident seçkiləri bu günə təyin edilsəydi, kimə səs verərdiniz?” sualına cavab olaraq seçicilərin 97%-i İlham Əliyevin adını çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələri haqda Şuşada keçirdiyi mətbuat konfransında danışan ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bildirib ki, sözügedən suala respondentlərin 1.2% Zahid Orucun, 0.7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib.

Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026