• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağdaşda avtomobil piyadanı vurdu

HADİSƏ

19 Avqust 2024 | 14:19 | Müəllif: Əli Hüseynov

Ağdaşda avtomobil piyadanı vurdu

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakl-Şamaxı-Yevlax yolunun 224-cü kilometrində, rayonun Qaraqan kəndi ərazisində qeydə alınıb.

    2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlunun idarə etdiyi “KİA” markalı avtomobil Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub. Daha sonra avtomobil yol kənarındakı su kanalına düşüb.

    Qəza zamanı xəsarətlər alan piyada və sürücü təcili tibbi yardım maşını ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026