• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Moskvadan Bakıya qayıtdı, bacısının sevgilisini öldürdü - TƏFƏRRÜAT

HADİSƏ

18 Sentyabr 2024 | 11:56

Moskvadan Bakıya qayıtdı, bacısının sevgilisini öldürdü - TƏFƏRRÜAT

Ötən il iyunun 2-nə keçən gecə saat 2 radələrində Quba şəhərində 26 yaşlı Rəhmanov Rəhman Ceyhun oğlunun ürək və boyun nayihələrindən biçaqlanaraq qətlə yetirilməsi ilə bağlı cinayət işi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəni törədən 1996-cı təvəllüdlü Abbasov Murad Rza oğluna Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Məlum olub ki, Rusiyanın Moskva şəhərində yaşayan və işləyən Murad həmin gecə Moskvadan təyyarə ilə Bakıya gəlib və dərhal Qubaya yollanıb. Murad bacısının tələbə vaxtı Rəhmanla münasibətinin olduğunu öyrənib. Daha sonra başqa şəxslə ailə quran qızın dünyaya gətirdiyi uşağının atasının da Rəhman olduğu üzə çıxıb. Bundan sonra Muradın bacısı ərindən boşanmalı olub.

Ailələrin müdaxiləsindən sonra Rəhman Muradın bacısını yaşadığı Quba rayonuna aparmağa və qeyri-rəsmi ər-arvad kimi yaşamağa razı olub. Lakin daha sonra Rəhmanın Muradın bacısı ilə birgə yaşamaması, ona ayrıca kirayə ev tutaraq təkcə həmin mənzilə yerləşdirməsi və maraqlanmaması məlum olub.

Qətlə yetirilən Rəhman Rəhmanov

Bunu öyrənən Murad Rəhmanın onun bacısının həyatını məhv etdiyini deyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, Moskvadan Bakıya uçub və telefondakı mesajları oxuyaraq Rəhmanın bacısını atdığına əmin olub.

O, dərhal Qubaya gedərək Rəhman Rəhmanovu görüşə çağırıb və bıçaqlayaraq öldürüb.

Məhkəmənin qərarıyla Murad Abbasov 12 il müddətə həbs cəzasına məhkum edilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR