• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Almaniyada azərbaycanlı qətlə yetirilib

HADİSƏ

05 Iyul 2021 | 09:17

Almaniyada azərbaycanlı qətlə yetirilib

Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.

Qreven şəhərinə yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Münaqişəyə müdaxilə etmək istəyən daha bir şəxs isə xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026