• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

AMEA loqotipini yeniləyir

CƏMİYYƏT

02 Fevral 2024 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

AMEA loqotipini yeniləyir

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması məqsədilə elan olunmuş müsabiqə ilə bağlı müşavirə keçirib.

Bu barədə Bakıvaxtı.az-a AMEA-dan bildirilib.

Məlumata görə,  AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətin elm siyasətinə uyğun olaraq son illərdə bu elm ocağında yeni islahatlara başlanıldığını və bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini bildirib. O, yeniləşən Akademiyada həyata keçirilən islahatlar içərisində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği kimi məsələlərin əsas istiqamətlərdən olduğunu vurğulayıb.

İsa Həbibbəyli müasir elmin çağırışlarına, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə uyğun olaraq AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması zərurətinin meydana çıxdığını bildirib. O bu məqsədlə AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan olunması ilə bağlı qərar qəbul edildiyini deyib.

Qeyd edib ki, AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və dövlətçilik ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, inkişafı, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməli və yaradıcı təfəkkürün məhsulu olmalıdır.

Daha sonra müsabiqənin şərtləri barədə məlumat verən akademik bildirib ki, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir. Onun sözlərinə görə, müsabiqədə yalnız Akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər.


AMEA loqotipini yeniləyirAMEA loqotipini yeniləyirAMEA loqotipini yeniləyirAMEA loqotipini yeniləyirAMEA loqotipini yeniləyir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026