• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilib - YENİLƏNİB

CƏMİYYƏT

03 Mart 2024 | 15:10

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Martın 3-də Dövlət İmtahan Mərkəzinin Ağdərə rayonu Talış kənd tam orta məktəbində keçirdiyi buraxılış imtahanı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən  bildirilib ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır. İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 1 bina nümayəndəsi cəlb olunub. Bir şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11:00-da başlayıb və 3 saat davam edib.

Xatırladaq ki, martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Respublikanın 30 şəhər və rayonunda təşkil olunan imtahanda ümumilikdə 52 min 267 şagirdin iştirakı nəzərdə tutulub.

 

07:03

Bu gün keçiriləcək buraxılış imtahanında 52267 şagirdin iştirakı nəzərdə tutulur.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu gün Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək.

Bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.


SON XƏBƏRLƏR

26 Iyul 2024