• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Anasını diri-diri basdıran qadın hakim qarşısına çıxarılır

DÜNYA

06 Sentyabr 2022 | 19:40 | Müəllif: Subhan Mahmudov

Anasını diri-diri basdıran qadın hakim qarşısına çıxarılır

Rusiayda Volqoqrad vilayətinin Olxovski Rayon Məhkəməsi 52 yaşlı ananı öldürməkdə təqsirləndirilən 30 yaşlı yerli sakinin işinə baxacaq: qadın anasını diri-diri basdırıb.

Bakıvaxtı.az bildirir ki, bu haqda məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə iclası 6 sentyabr 2022-ci il tarixinə təyin edilib.

İyunun 13-də Olxovka kəndinin Poçtovaya küçəsində sərxoş qadınla anası arasında münaqişə baş verib, nəticədə qızı onun başına çəkiclə bir neçə zərbə vuraraq onu boğub. O, cinayəti ört-basdır etmək üçün anasını açıq tualet çuxuruna ataraq basdırıb.

Hüquq-mühafizə orqanları cinayətdən qadının qətl barədə danışdığı fiqurantın şərikinin sözlərindən xəbər tutublar. Məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, ana aldığı xəsarətlərdən deyil, torpağın tənəffüs yollarına daxil olması nəticəsində mexaniki asfiksiyadan ölüb. Fakta görə, müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş açıb.(milli.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026