• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hulusi Akar britaniyalı həmkarı ilə görüşdü

DÜNYA

06 Oktyabr 2022 | 15:44

Hulusi Akar britaniyalı həmkarı ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Londonda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ilə görüşüb.

Bakıvaxtı.az  "Anadolu"ya istinadən xəbər verir ki, Akar Böyük Britaniyanın paytaxtına bu ölkənin müdafiə nazirinin dəvəti ilə səfər edib.

Nazirlər təkbətək formatda danışıqlar aparıb, daha sonra geniş tərkibdə görüş keçirilib.

Görüşdə müdafiə sahəsində ikitərəfli və regional gündəliyin aktual məsələləri müzakirə olunub, o cümlədən təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026