• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kafedə yanğın oldu - Xeyli sayda ölü var + YENİLƏNİB

DÜNYA

05 Noyabr 2022 | 13:43

Kafedə yanğın oldu - Xeyli sayda ölü var + YENİLƏNİB

Rusiyanın Kostroma şəhərində yanğını törədən şəxs saxlanılıb. Hadisə nəticəsində 15 nəfər həyatını itirib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Saxlanılan şəxsin kimliyi haqqında məlumat verilməyib.

 

10:50

Rusiyanın Kostroma şəhərində kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.

 

09:50

Rusiyanın Kostroma şəhərində kafedə yanğında ölənlərin sayı 8-ə yüksəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl hadisədə 5 nəfərin öldüyü, 4 nəfərin xəsarətlər aldığı açıqlanmışdı.

Xilasetmə xidmətindən yanğın nəticəsində kafenin damının uçduğu bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

09:00

Rusiyanın Kostroma şəhərində yerləşən kafedə baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR