• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sergey Verşin Əmir-Abdullahianla görüşdü

DÜNYA

05 Noyabr 2022 | 15:25

Sergey Verşin Əmir-Abdullahianla görüşdü

Rusiya XİN başçısının müavini Hüseyn Əmir-Abdullahianla görüşüb

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Tehranda keçirilən “BMT Nizamnaməsinin Müdafiəsi Naminə Dostlar Qrupunun Birinci Toplantısı” çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən H.Əmir-Aabdullahian iki ölkənin birgə əməkdaşlıq komissiyasının bu yaxınlarda keçirilən iclasının uğurlarından danışıb və problemlərin sülh yolu ilə həlli üçün çoxtərəfli platformalarda əməkdaşlığın zərurətini vurğulayıb.

Görüşdə S.Verşin də bildirib ki, İran və Rusiyanın bir çox regional və beynəlxalq məsələlər, Qərbin dünyaya hakim olmaq üçün tətbiq etdiyi sanksiyalar, NATO ilə ABŞ arasında media müharibəsinə təsir etmək üçün ortaq fikir və baxışlar var. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026