Bu gün Portuqaliyanın Baş naziri Antoniu Koşta Kiyev vilayətinin İrpen şəhərində olub.
Bakıvaxtı.az xəbər verir ki, baş nazir bu barədə Tvitter hesabında yazıb.
Antoniu Koşta bildirib ki, səfər zamanı gördüklərini unutmayacaq:
“Dağıntıların, zorakılığın səviyyəsi inanılmazdır. Amansız və haqq qazandırılması mümkün olmayan hücumların şahidi oldum. Müharibə hər zaman günahsız insanlara toxunur. Burada yaşamış, işi, evi olan insanlar sağ qalmaq üçün hər şeylərini atıb gediblər. Məni ən çox dəhşətə gətirən dinc sakinlərə qarşı zorakılıqdır”.
















