• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı oliqarx Putinin növbəti hədəfindən DANIŞDI

DÜNYA

20 Iyun 2022 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyalı oliqarx Putinin növbəti hədəfindən DANIŞDI

Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski Vladimir Putinin Ukraynaya müdaxiləsinin uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, “Financial Times” qəzetinə danışan Xodorkovski xəbərdarlıq edib ki, Putin ölkədəki daxili problemlərə həll yolu tapmaq üçün NATO ilə müharibəyə başlaya bilər.

Xodorkovski Putinin Donbas bölgəsini ələ keçirmək məqsədinə çatacağı təqdirdə qərblə münaqişənin böyüməsi təhlükəsinin ciddi olduğunu vurğulayıb.

Onun bu xəbərdarlığı NATO-nun baş katibi Yens Stoltenberqin Almaniya mətbuatına açıqlamasından sonra etməsi təsadüfi sayıla bilməz. Qeyd edək ki, Almaniya mətbuatına açıqlama verən Stoltenberq, “Biz müharibənin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq”, - deyib.

Ukrayna ordusuna ən müasir silahların verilməsinin Donbas bölgəsinin Rusiyanın nəzarətindən azad edilməsinə kömək edə biləcəyini güman edən baş katib son açıqlamasında bildirib ki, NATO Sammitində Ukraynaya yardım paketi ilə bağlı razılaşma gözlənilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR