• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ

DÜNYA

20 Iyul 2022 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ

Xəbər verdiyimiz kimi, Tehranda İran Prezidenti İbrahim Rəisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli sammit keçirilib.

Bakıvaxtı.az xəbər verir ki. tarixi sammit dünya mətbuatında manşetlərə düşüb.

"Əl-Cəzirə"də yer alan məqalədə Türkiyə Prezidentinin Suriya əməliyyatı ilə bağlı mesajlar verdiyi bildirilir. Qeyd olunub ki, Ərdoğan Tehranda rus və iranlı həmkarları ilə görüşərkən Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlarını təzələyib.

Yunanıstanın “Ta Nea” qəzeti Ərdoğan və Putinin Ukrayna taxılının ixracını təmin edəcək mexanizmlə bağlı danışıqlar apardığını yazıb. Xəbərdə, sözügedən mexanizmin Qara dənizdən təxminən 20 milyon ton taxıl gətirməyi hədəflədiyi vurğulanıb.

“New York Times” qəzeti “Putin İranda yeni bir müttəfiq, kənarlaşdırılmış bir dost tapdı” başlıqlı xəbərində ABŞ sanksiyalarına məruz qalan İran və Rusiya arasındakı bu əlaqəyə diqqət çəkib. “Putin Rusiyanı cəzalandırmaq və təcrid etmək cəhdlərinə qarşı geri addım atmaq əzmini kristallaşdırdı” adlanan xəbərdə Putinin İran kimi ABŞ-la problemləri olan NATO üzvü Türkiyə ilə əlaqələr qurduğu vurğulanıb.

"Business Insider" isə Ərdoğanın sammit öncəsi etdiyi xəbərdarlıqlardan bəhs edib. Xəbərdə deyilir ki, Ərdoğan Putinlə İranda görüşməzdən əvvəl İsveç və Finlandiyanın NATO üzvlüyünü “dondurmaqla” hədələyib.

"CNN İnternational"ın xəbərinə görə isə Putin Ukraynanı işğal etdikdən sonra keçmiş Sovet İttifaqından kənarda ilk səfərini İrana edib. Xəbərdə Putinin Ərdoğana vasitəçi roluna görə təşəkkür etdiyi barədə məlumatlar da yer alıb.

“France 24” isə tarixi zirvənin nəticələrini “Putin, Ərdoğan və liderləri Suriyada terrorçulara qarşı əməkdaşlıq sözü verdi” başlığı ilə oxucularına açıqlayıb.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026