• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Putinin yerişi DİQQƏT ÇƏKDİ - VİDEO

DÜNYA

20 Iyul 2022 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Putinin yerişi DİQQƏT ÇƏKDİ - VİDEO

İranda səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin imici qısa zamanda dünya mediasında işıqlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Britaniyanın "Metro" qəzetinin “Vladimir Putin İrana endikdən sonra qırmızı xalçada axsadı” başlıqlı xəbərində Rusiya liderinin təyyarənin trapından enməkdə çətinlik çəkdiyi və axsadığı iddia edilib. Bu görüntünün Putinin səhhəti ilə bağlı söz-söhbətlərə təkan verdiyi vurğulanan xəbərdə belə yazılıb: “Putin yeriyəndə tarazlığını saxlaya bilmirdi və sağ qolu yanında asılı qalmışdı”.

Britaniyanın başqa bir qəzeti - "Mirror" isə bu görüntülərə istinad edərək yazıb ki, Putin axsayır və bir müddətdir, sağ qolunu tərpədə bilmir. Xəbərdə qeyd edilib ki, bu görüntülər Rusiya liderinin Parkinson və ya terminal xərçəngə tutulması ilə bağlı daha yüksək şayiələrə səbəb ola bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026