• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Argentinanın yeganə problemi açıqlandı

DÜNYA

23 Mart 2025 | 14:06

Argentinanın yeganə problemi açıqlandı

Argentina hökumətinin məsləhət şurasının rəhbəri Demian Reydeyl ölkə əhalisini Argentinanın "yeganə problemi" adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, belə bir bəyanatı o, Buenos-Ayresdə keçirilən IEFA LATAM biznes forumunda verib.

Çıxışı zamanı siyasətçi Argentinanın "süni intellekt üçün mərkəz" olmaq istədiyini bildirib. Sonra Reydeyl ölkənin müsbət cəhətlərini sadalayaraq, onun landşaftını, iqlimini və böyük hərbi qarşıdurmaların olmamasını deyib.

"Bizim böyük torpaq sahələrimiz var, enerji və suya çıxışımız var, soyuq iqlimimiz var ki, bu da süni intellekt sistemlərinin soyudulması üçün tortun üzərindəki gilənar kimi bir şeydir. Biz silahlı qarşıdurmaların, sunamilərın olmadığı bir zonadayıq", - Argentina Prezidenti Xavyer Mileyin müşaviri qeyd edib.

Onun sözlərinə görə, aşkar olan budur ki, bu ərazi argentinalılarla məskunlaşdırılıb və bu, yeganə problemdir.

Daha sonra Reydeyl "X" sosial şəbəkəsində bir mətn paylaşaraq argentinalılardan ölkənin problemi ilə bağlı bəyanatı səbəbindən yaranan anlaşılmazlıq üçün üzr istəyib.


SON XƏBƏRLƏR

23 Aprel 2025